27 oktyabr 2024 at 11:43
Jurnalist kodu: 5564
Xəbər kodu: 85640777
T T
2 Persons

Tags

Əraqçi: Sionist rejimin regionda gərginlik yaratmaqda Amerikanın iştirakı tamamilə aydındır

Tehran - İRNA - Xarici İşlər Naziri deyib: Amerikalılar Sionist Hərbi Hava Qüvvələrinə hava dəhlizi veriblər və onlara əvvəlcədən göndərdikləri müdafiə ləvazimatları son əməliyyatlarda bir növ iştirak hesab olunur və fikrimizcə, bu rejimin regionda gərginlik yaratmasında ABŞ-ın iştirakı aydın məsələdir.

Ölkəmizin xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün, bazar günü səhər televiziyaya verdiyi müsahibədə deyib: Dünəndən (şənbə günündən) indiyə kimi müxtəlif ölkələrdən mütəmadi olaraq mesajlar alırıq. Onların verdikləri bəyanatlar, müxtəlif ölkələrdən istər regionda, istərsə də beynəlxalq səviyyədə qınaqların miqdarı həqiqətən diqqətçəkəndir. 

Əraqçi aydınlaşdırdı: Mən dünən axşam BMT-nin baş katibinə məktub yazdım və biz İran torpağına qarşı bu təcavüz və hücum məsələsini qaldırdıq və BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş etdik. ABŞ və bəzi digər ölkələrin iştirakı ilə Təhlükəsizlik Şurasından gərginliyin azaldılmasına və sionist rejimin cinayətlərinin qarşısının alınmasına yönəlmiş addımın atılacağına ümid olmasa da, hər halda biz öz işimizi gördük. 

O, davam etdi: Görünür, həqiqət tam sübuta yetirilib ki, Amerikasız İsrailin bölgədə qətiyyən heç bir gücü yoxdur. Təkcə İrana qarşı keçirdiyi əməliyyatlar deyil, Qəzzada, Livanda və başqa yerlərdə keçirdiyi bütün əməliyyatlarda da, biz hesab edirik ki, Amerika bütün bu işlərdə şərikdir və bu hücumlar Amerikanın siyasi dəstəyi ilə həyata keçirilib. Amerika heç bir beynəlxalq forum və təşkilatlarda sionist rejim əleyhinə ən kiçik bəyanatın belə qəbul edilməsinə icazə verməyib. 

Sonda Əraqçi diqqətə çatdırıb: Dünən gecəki əməliyyatda, Baş Qərargahın bəyanatında qeyd olunduğu kimi, amerikalıların iştirakı bizim üçün tamamilə aydındır. Ən azından sionist Hərbi Hava Qüvvələrinə hava dəhlizi veriblər. Həmçinin onların əvvəlcədən göndərdikləri müdafiə texnikası da bu əməliyyatda bir növ iştirak kimi qiymətləndirilir. Fikrimizcə, ABŞ-ın sionist rejimin cinayətlərində və regionda gərginlik yaratmaqda iştirakı kifayət qədər açıqdır. Amerika bu məsələdə məsuliyyət daşıyan tərəfdaşdır.

2 Persons

Sizin rəyiniz

You are replying to: .